Finss.az - ABŞ-ın əsas fond indeksləri çərşənbə axşamı günü Yaxın Şərqdə artan geosiyasi gərginlik və ölkə daxilində açıqlanan zəif makroiqtisadi göstəricilər səbəbilə kəskin şəkildə ucuzlaşıb.
Trading Economicsin məlumatına görə, investorlar ABŞ-ın İsrail və İran arasında artan münaqişəyə birbaşa cəlb olunacağı ehtimalından narahatdırlar. ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında İranla bağlı sərt bəyanatlar verərək onların “qeyri-şərtsiz təslim olmalı” olduğunu bildirib və əlavə edib ki, “səbrimiz tükənir”.
Eyni zamanda Konqresdə ABŞ-ın İran ərazisində hərbi əməliyyatlarda iştirakına qadağa qoyan yeni təşəbbüslər irəli sürülüb.
Bununla yanaşı, iqtisadi göstəricilər də investorların əhvalını korlayıb. ABŞ Ticarət Nazirliyi bildirib ki, pərakəndə satışlar may ayında 0,9% azalıb – bu, son 4 ayda qeydə alınan ən böyük geriləmədir. Analitiklər isə 0,7%-lik azalma gözləyirdilər. Aprel ayı üzrə göstəricilər də mənfiyə yenidən nəzərdən keçirilib.
ABŞ-da sənaye istehsalı da mənfi dinamika nümayiş etdirib. Federal Ehtiyat Sistemi məlumat verib ki, may ayında sənaye istehsalı 0,2% azalıb, halbuki artım proqnozlaşdırılırdı.
Eyni zamanda, Milli Mənzil Tikinti Şirkətləri Assosiasiyasının inşaat sektorunda işgüzar əhval-ruhiyyə indeksi iyun ayında 32 bəndə düşərək 2022-ci ilin dekabrından bu yana minimum səviyyəyə enib.
Şirkət səhmlərində də ciddi dəyişikliklər baş verib. T-Mobile-ın səhmləri 4,1% ucuzlaşaraq 221,43 dollara düşüb. Bu, SoftBank Groupun 21,5 milyon səhm sataraq 4,81 milyard dollar əldə etməsi ilə əlaqələndirilir.
Eli Lilly səhmləri 2% dəyər itirib. Şirkət 1,3 milyard dollara gen terapiyası ilə məşğul olan Verve Therapeuticsi almaq barədə razılığa gəlib. Verve səhmləri isə bu xəbərlə 81,5% bahalaşıb.
Aviasiya sektorunda isə JetBlue Airways 7,9% ucuzlaşıb. Şirkət əməkdaşlarına daha zəif tələbat səbəbilə yeni qənaət tədbirləri görüləcəyini bildirib. Bu xəbər fonunda digər daşıyıcılar da dəyər itirib: United Airlines – 6,2%, Delta Air Lines – 4,3%, American Airlines – 3,1%.
Texnologiya sektorunda da itkilər müşahidə olunub:
-
Apple – 1,4%
-
Tesla – 3,9%
-
Microsoft – 0,2%
-
Adobe – 4,7%
Əvəzində, enerji sektoru səhmləri neft qiymətlərinin artımı ilə müsbət dinamika göstərib:
-
Chevron – 1,9%
-
Exxon Mobil – 1,4%
-
Marathon Petroleum – 2%
Günün yekununda ABŞ birja indekslərində ciddi geriləmə qeydə alınıb:
-
Dow Jones – 0,7% azalaraq 42215,8 bənd
-
SP 500 – 0,84% azalaraq 5982,72 bənd
-
Nasdaq Composite – 0,91% azalaraq 19521,09 bənd