BİRJA

18 İyun

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 17 iyun 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 23.06.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2008019203

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

20,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən,

ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq və

1 ayda günlərin sayını 30 (otuz) götürməklə

hər 3 (üç) aydan bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti

18 ay

Ticarətə buraxılma tarixi

23.06.2025

Anderrayter

“Unicapital İ.Ş.” ASC

Zemfira Ms
Finss.az