Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.
Finss.az-ın məlumatına görə, ötən gün Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,5% artaraq 71,85 ABŞ dolları təşkil edib. Müqayisə üçün, əvvəlki ticarət sessiyasında bu göstərici 70,79 ABŞ dolları səviyyəsində idi.
Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində "Azeri Light" markalı neftin orta illik qiyməti 70 ABŞ dolları həddində götürülüb. Aprelin 4-dən etibarən bu markalı neftin qiyməti 70 dollar həddindən aşağı düşmüşdü, lakin son üç gündə yenidən bu həddi aşaraq artım trendinə keçib.