Dünya bazarlarında neftin qiymətində cüzi dəyişiklik müşahidə olunub.
Finss.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” markalı neftin 2025-ci ilin avqust ayı üzrə fyuçers qiyməti 0,15% azalaraq bir barel üçün 66,77 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyul ayı üzrə WTI markalı neftin 1 barelinin qiyməti 0,05% artaraq 64,95 ABŞ dolları olub.