Əmtəə bazarlarında qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb.
Finss.az birja məlumatlarına əsasən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 0,83% geriləyərək 3 294,7 ABŞ dollarına düşüb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçersləri 0,54% bahalaşaraq 33,34 ABŞ dollarına yüksəlib.
Fuad Mədətov
Finss.az