Finss.az - 12 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002021494 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 22.05.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"KREDİT EVİ" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2002021494 |
İstiqraqzların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
İstiqrazların sayı |
1,000 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
1,000,000 manat |
İllik gəlirlilik faizi |
17% |
Ödəmə periodu |
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 (otuz) günündən bir |
Tədavül müddəti |
5 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
1,000,000 manat |
Reallaşdırılmış həcm |
1,000,000 manat |
Minimal qiymət |
1000 manat (17.0000%) |
Maksimal qiymət |
1000 manat (17.0000%) |
Ehtimal olunan kəsmə qiymət* |
1000 manat (17.0000%) |
Ortaçəkili qiymət |
1000 manat (17.0000%) |
İnvestor sayı |
50 |
Sifariş sayı |
50 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az