BİRJA

21 May

Azərbaycan və Qazaxıstan depozit və maliyyə bazarları üzrə təcrübə mübadiləsini genişləndirir

Azərbaycanada səfərdə olan Qazaxıstan Fond Birjasının (Kazakhstan Stock Exchange – KASE) və Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) rəsmiləri arasında  görüş keçirilib.

Finss.az xəbər verir ki, görüşdə Milli Depozit Mərkəzinin İdarə Heyəti Sədrinin müavini Rəna İsgəndərova, İdarə Heyətinin üzvü Ramin Nurəhmədov və digər rəsmilər, Qazaxıstan tərəfdən isə KASE-nin İdarə Heyətinin sədr müavini Ermek Majekenov və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Görüş zamanı Milli Depozit Mərkəzinin fəaliyyəti, bazar infrastrukturunun inkişafı və Azərbaycanın kapital bazarları ekosisteminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, tərəflər əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi mövzusunda geniş müzakirələr aparıblar.

Fuad Mədətov
Finss.az