Finss.az - Brent markalı neftin iyul fyuçersləri hazırda 64,37 dollar/barel səviyyəsində ticarət olunur.
Dünən isə neftin qiyməti 2,4% azalmışdı. Qiymətlərin enməsində ABŞ ilə İran arasında mümkün razılaşma perspektivləri əsas rol oynayır.
Analitiklər hesab edirlər ki, tərəflər arasında sülh və əməkdaşlıq xəbərləri bazarda təklifin artacağı gözləntilərini yaradır, bu da neft qiymətlərində təzyiqə səbəb olur. Hazırda bazarda stabilləşmə meyilləri müşahidə olunur.