Finss.az — Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-mart aylarında ölkədə qiymətli kağızlar bazarında aktivlik davam edib.
Cari dövr ərzində dövlət istiqrazlarının dəyəri 7 milyard manat təşkil edib.
Eyni zamanda, Mərkəzi Bankın notları üzrə dövlət qeydiyyatına alınan həcmdə 1 milyard 80 milyon manat, korporativ istiqrazlar üzrə isə 313,8 milyon manat dəyərində kağızlar qeydə alınıb. Səhmlərin dövlət qeydiyyatı isə 260,3 milyon manat dəyərində olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə Bakı Fond Birjasında keçirilmiş hərraclarda 603,4 milyon manatlıq korporativ istiqrazlar, 31,3 milyon manatlıq Mərkəzi Bank notları və 6 milyon manatlıq səhmlər yerləşdirilib.
Tədavüldə olan qiymətli kağızlar arasında nominal dəyəri 297,3 milyon manat olan korporativ istiqrazlar, 193,1 milyon manatlıq dövlət istiqrazları, 51 milyon manatlıq səhmlər və 3,6 milyon manatlıq Mərkəzi Bank notları yer alıb.
Bu göstəricilər Azərbaycanın qiymətli kağızlar bazarının davamlı inkişaf etdiyini və investorların marağının artdığını nümayiş etdirir.