BİRJA

08 May

MDM fond bazarının inkişafı üçün investisiya şirkətləri ilə görüş keçirib

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) İnkişaf Strategiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan maliyyə xidmətlərin göstərilməsinə  dair investisiya şirkətləri ilə növbəti görüş keçirib.

Finss.az xəbər verir ki, tədbir zamanı MDM tərəfindən maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı formalaşdırılacaq yeni model üzrə investisiya şirkətlərinin nümayəndələri ilə ətraflı müzakirələr aparılıb, fond bazarı iştirakçılarının təklif və rəyləri dinlənilib.

Görüş interaktiv fikir mübadiləsi şəraitində keçib və qiymətli kağızlar bazarının inkişafı istiqamətində müzakirələr aparılıb. Bu tədbir MDM-in investisiya şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi sahəsində atdığı növbəti addım olub.

Fuad Mədətov
Finss.az