BİRJA

06 May

Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 7 və 8 may 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir: 

Notun müddəti

(gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan

 məbləğ

 (manat)

Nominal

Miqdar

Notun ödəniş  

tarixi

28

AZ2440024704

07.05.2025

10.000.000

100.000

100

04.06.2025

84

AZ2441024703

08.05.2025

10.000.000

100.000

100

31.07.2025

168

AZ2442024702

07.05.2025

5.000.000

100.000

50

22.10.2025

252

AZ2443024701

08.05.2025

5.000.000

100.000

50

15.01.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir. 

Zemfira Ms
Finss.az