BİRJA

30 Aprel

2025–2028-ci illərdə Avropada təbii qaz qiymətləri düşəcək: “Fitch”in proqnozu

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi, 2025-2028-ci illər üçün Avropada təbii qazın qiymətinə dair baza proqnozunu yeniləyib.

Finss.az agentliyin məlumatına əsasən xəbər verir ki, TTF indeksi (Niderlandın "Title Transfer Facility"i) üzrə Avropada qazın 1 000 kub fut (28,3168 kubmetr) üçün qiyməti 2025-ci ildə 12 ABŞ dolları səviyyəsində olacaq.

2026-cı il üçün qiymət proqnozu 8 dollar, 2027-ci və 2028-ci illər üçün isə 7 dollar olaraq göstərilib. Proqnozlar əvvəlki göstəricilərlə uyğun olaraq dəyişməyib.

2024-cü ildə isə TTF indeksi üzrə qazın qiyməti 1 000 kub fut üçün 11 dollar olaraq qeyd edilib.

Hesabatda həmçinin, 2020-ci ilin dekabrından etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqlinə başlandığı da vurğulanıb.

Fuad Mədətov
Finss.az