ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent markalı neftin 2025-ci ilin iyul ayı üzrə ixracına dair müqaviləsinin dəyəri 0,94% azalaraq bir barel üçün 64,18 ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayı üzrə WTI markalı neftin 1 barelinin qiyməti də 1% geriləyərək 61,43 ABŞ dolları səviyyəsinə enib.