BİRJA

25 Aprel

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 0,75% artaraq 1 barelə görə 67,05 ABŞ dolları təşkil edib.

Finss.az məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,78% artaraq 63,28 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az