Finss.az - 24 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Kapital Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"Kapital Bank" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2016005152 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
300,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
30,000,000 manat |
|
İllik gəlirlilik faizi |
11% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir |
|
Tədavül müddəti |
1 il |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az
