BİRJA

15 Aprel

Goldman Sachs CEO-su: "Böyük qeyri-müəyyənliklə üzləşirik"

Finss.az - Wall Street bankları, o cümlədən JPMorgan Chase və Morgan Stanley, son dövrlərdə müsbət mənfəət açıqlayaraq diqqət mərkəzindədir.

Lakin investorlar iqtisadi proqnozlara yönəlib və bu proqnozlar, tariflərin inflyasiya yaratması və resessiya riski ilə bağlı narahatlıqlarla kölgələnib.

Goldman Sachs-ın CEO-su Devid Solomond bildirib ki, ikinci rübə fərqli bir əməliyyat mühitində daxil olsalar da, müştərilərinə dəstək verməkdə davam edəcəklərinə inanırlar. Solomond, həmçinin, birinci rübdə bazarları əhatə edən "böyük qeyri-müəyyənlik"dən bəhs edib.

Bu həftə Johnson Johnson, Bank of America, Citigroup  və United Airlines kimi iri şirkətlər də hesabat verəcəklər.

FED nümayəndələri də bu həftə çıxışlar edəcəklər. Ən diqqətçəkəni isə Çərşənbə günü FED-in sədri Jerom Pauerin çıxışı olacaq.

Neft qiymətləri bazar ertəsi günü artmağa başlayıb, ABŞ və Çin arasında ticarət münaqişəsi ilə əlaqədar yaranan narahatlıqların təsiri ilə kəskin enişdən sonra bərpa olunub.

Brent növü neftin gələcək müqavilələri 0,7% artaraq 65,22 $-a yüksəlib. ABŞ-ın West Texas Intermediate (WTI) növü üzrə neftin gələcək müqavilələri isə 0,7% artaraq 61,91 $-a çatıb.

Hər iki neft müqaviləsi ayın əvvəlindən təxminən 10 $ qiymətində azalma yaşayaraq ticarət edilir.