Fins.az - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycanda dörd səhmdar cəmiyyətinin səhmlərini ixtisaslaşdırılmış pul hərracında satışa çıxarır. Hərrac 3-7 fevral tarixlərində keçiriləcək.
Satışa çıxarılan səhmlər Bərdə Kəndkimya, Cəlilabad Şərab, Daşkəsən Aqrotexservis və Zabrat Tikinti Quraşdırma səhmdar cəmiyyətlərinə aiddir. Hərracda təqdim edilən səhmlərin sayı 13,107-dən 50,685-ə qədər, nominal dəyəri isə 2-4 manat arasında dəyişir.
Sifarişlər, 3-7 fevral tarixlərində, Bakı şəhərindəki Əmlak Xidmətləri Məkanında qəbul ediləcək.
Sıra №-si | Səhmdar cəmiyyətin adı, təsis tarixi və sərəncamın №-si |
Ünvanı | Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılan səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal dəyəri (manat) |
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər | |
Sayı (ədəd) |
Nizamnamə kapitalında %-lə |
||||||
1 | Bərdə Kəndkimya №533 06.04.1998 | Bərdə şəhəri, Sənaye küçəsi, 5 | 191592,2 | 95796 | 2,0 | 28764 | 30,0 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620,00 | 92155 | 4,0 | 50685 | 55,0 |
3 | Daşkəsən Aqrotexservis №383 02.03.1998 | Daşkəsən rayonu, Quşçu körpüsü kəndi | 195246,2 | 97623 | 2,0 | 29293 | 30,0 |
4 | Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 | Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi | 87385,60 | 43692 | 2,0 | 13107 | 30,0 |