Fins.az - ABŞ-ın əmək bazarına dair statistik məlumatların proqnozların üzərində dərc olunması fonunda dövlət istiqrazlarının gəlirliliyi cümə günü ehtimal olunandan daha çox artıb.
10 illik ABŞ dövlət istiqrazlarının (US Treasuries) gəlirliliyi 3.8 baza bəndi artaraq 4.62%-ə çatıb. Bu, cari ilin may ayından bəri ən yüksək göstəricidir. 30 illik istiqrazların gəlirliliyi 4.8 baza bəndi artaraq 4.814%-ə qədər, 2 illik istiqrazların gəlirliliyi isə 1.7 baza bəndi artaraq 4.349%-ə qədər yüksəlib.
Cümə axşamı açıqlanan statistik məlumatlar ABŞ-da işsizlik müavinəti üçün müraciət edənlərin sayının gözlənilmədən azaldığını göstərib. Ölkənin Əmək Nazirliyinin hesabatına əsasən, keçən həftə müavinət üçün müraciət edən amerikalıların sayı 1 min nəfər azalaraq son bir ayın minimum səviyyəsinə, 219 minə qədər enib. Analitiklər orta hesabla göstəricinin 223 minə qədər yüksələcəyini proqnozlaşdırmışdılar.