BİRJA

25 Dekabr

Azərbaycan neftinin, təbii qazın qiyməti artıb, avro, lirə, rubl, o cümlədən, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 1,24% artaraq 1 barelə görə 73,22 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,09% azalaraq 1 barelə görə 70,1 ABŞ dollarına bərabər olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,11 ABŞ dolları və ya 1,49% artaraq 75,37 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında fevralda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,14% artaraq 3,504 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il dekabrın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il dekabrın 25-də Avro 1,7692 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il dekabrın 25-də Türkiyə lirəsi 0,0483 manata kimi bahalaşıb.

RUBL

2024-cü il dekabrın 25-də Rusiyanın 100 rublu 1,6998 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,28% artaraq 2 635,5 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,31% artaraq 30,28 ABŞ dollarına bərabər olub.