Azərbaycanda səhmdar cəmiyyətlərinin səhmləri ixtisaslaşdırılmış pul hərracında satılacaq.
Fins.az-ın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumatına görə, siyahıda dörd səhmdar cəmiyyətinə məxsus səhmlər yer alıb.
Məlumata görə, hərrac gələn ilin 3-7 fevral tarixlərində keçiriləcək.
Qeyd olunub ki, sifarişlərin qəbulu 2025-ci il 03-07 fevral tarixlərində saat 9.00-dan 18.00-dək Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında aparılır.
Səhmləri 2025-ci il 3-7 fevral tarixlərində ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyəti haqqında məlumatı təqdim edirik:
Sıra №-si | Səhmdar cəmiyyətin adı, təsis tarixi və sərəncamın №-si |
Ünvanı | Nizamnamə kapitalının həcmi (manat) |
Buraxılan səhmlərin ümumi sayı (ədəd) |
Bir səhmin nominal dəyəri (manat) |
İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər | |
Sayı (ədəd) |
Nizamnamə kapitalında %-lə |
||||||
1 | Bərdə Kəndkimya №533 06.04.1998 | Bərdə şəhəri, Sənaye küçəsi, 5 | 191592,2 | 95796 | 2,0 | 28764 | 30,0 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620,00 | 92155 | 4,0 | 50685 | 55,0 |
3 | Daşkəsən Aqrotexservis №383 02.03.1998 | Daşkəsən rayonu, Quşçu körpüsü kəndi | 195246,2 | 97623 | 2,0 | 29293 | 30,0 |
4 | Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 | Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi | 87385,60 | 43692 | 2,0 | 13107 | 30,0 |
Fuad Mədətov
Fins.az