BİRJA

13 Mart

Avropada qazın qiyməti 472 dollardan aşağı düşüb

Ötən gün Avropada qazın 1 000 kubmetrinin qiyməti 472 ABŞ dollarından aşağı enib.

Finss.az xəbər verir ki, 12 mart tarixində Niderlandın TTF (Title Transfer Facility) indeksinə əsasən aprel fyuçerslərinin qiyməti 471,7 dollar təşkil edib.

Bu göstərici əvvəlki hesablama qiyməti (481,6 dollar) ilə müqayisədə 2,1% azalma deməkdir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.