BİRJA

17 Dekabr

ABŞ-dason PMI göstəriciləri təəccübləndirdi

Fins.az - ABŞ-ın istehsal sənayesi Biznes Aktivliyi İndeksi (PMI) dekabr ayında bazar proqnozların əksinə, aylıq müqayisədə 1.4 bənd azalaraq 48.3 bəndə düşüb.

"SP Global" tərəfindən açıqlanan ABŞ-ın dekabr ayı üzrə aparıcı istehsal, xidmət və kompozit PMI məlumatlarına görə, istehsal sənayesi PMI dekabr ayında əvvəlki ayla müqayisədə 1.4 bənd azalaraq 48.3 bəndə düşüb. Bazar gözləntilərinin altında olan indeksin 49.4 bənd olacağı proqnozlaşdırılırdı.

Bu dövrdə 3 ayın ən aşağı səviyyəsini qeyd edən indeks noyabrda 49.7 bəndə çatmışdı.

Xidmət sektoru məlumatları proqnozları üstələdi

ABŞ-da xidmət sektoru PMI dekabrda aylıq 2.4 bənd artaraq 58.5 bəndə çatıb. Bu dövrdə 38 ayın ən yüksək səviyyəsini qeyd edən və bazar gözləntilərinin üzərində olan indeksin 55.7 bəndə çatacağı təxmin edilirdi. Qeyd edək ki, noyabrda xidmət sektorunda genişlənməni göstərən indeks 56.1 bənd olub.

İstehsal və xidmət sektorlarını əhatə edən kompozit PMI rəqəmləri də dekabr ayında aylıq müqayisədə 1.7 bənd artaraq 56.6 bənd olub.

Bazar gözləntiləri kompozit PMI məlumatlarının 55.1 bəndə çatması yönündə idi.

Sözügedən dövrdə 33 ayın ən yüksək səviyyəsini qeyd edən indeks noyabrda 54.9 bən olaraq açıqlanmışdı.

PMI məlumatlarının 50 və daha yuxarı oxunuşları sektorda genişlənməni, 50-dən aşağı dəyərlər isə daralmanı göstərir.