Finss.az - Honkong hökuməti, son dövrlərdə sosial şəbəkələrdə yayılan və Honkongun administrasiya rəhbəri Con Li Ka-çiu (John Lee Ka-chiu) adı altında yaradılan saxta hesabla əlaqəli yeni bir kripto fırıldağı barədə ictimaiyyəti xəbərdar edib.
Bu saxta profil, regionun rəhbərinin real fotosunu istifadə edərək, Honkonqun özünün kriptovalyutası olan "Milli Honkonq Moneti"nin istifadəyə verilməsi haqqında yalançı məlumatlar yaymağa başlayıb.
Layihə, Solana blokçeynində qurulmuş kriptovalyutaların təqdim edilməsi ilə əlaqədar "tarixi bir hadisə" və "Honkong üçün yeni bir rəqəmsal texnologiyalar və iqtisadi çiçəklənmə dövrü" açıqlamaları ilə diqqət çəkib. Saxta reklamda, bu kriptovalyutanın hökumət tərəfindən dəstəkləndiyi və regionun qlobal maliyyə mövqeyini gücləndirmək məqsədi güddüyü iddia edilib.
Honkong hökuməti bildirib ki, bu hesabın və yayılan məlumatların Honkong administrasiya rəhbəri Con Li Ka-çiu ilə heç bir əlaqəsi yoxdur. Onlar, saxta kriptovalyuta layihəsinin Honkondakı investorların kriptovalyutalar və blokçeyn texnologiyalarına marağından istifadə edərək fırıldaqçılıq etmək cəhdindən başqa bir şey olmadığını vurğulayıb.
Hökumət, bu tip fırıldaqlara qarşı möhkəm tədbirlər görmək və ictimaiyyəti diqqətli olmağa çağırır. Eyni zamanda, Honkondakı Xarici İnvestisiyalar üzrə Dövlət Departamenti, əvvəllər bildirmişdi ki, bitcoin və ethereum sahibləri, investisiya vizası üçün müraciət edərkən aktivlərini kapital təsdiqi olaraq istifadə edə bilərlər.