BİRJA

06 Mart

ASCO istiqrazları üzrə 4,5 milyon ABŞ dolları faiz ödənişi

Finss.az - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) istiqrazları üzrə növbəti faiz ödənişlərini həyata keçirib.

Bu barədə ASCO-nun verdiyi məlumatda faiz ödənişlərinin ümumi məbləği 4,5 milyon ABŞ dolları təşkil edib.

Ödənişlərdən 3 milyon ABŞ dolları, 3 mart 2023-cü ildə dövriyyəyə buraxılan və ümumi məbləği 100 milyon ABŞ dolları olan istiqrazların sahiblərinə, 1,5 milyon ABŞ dolları isə 23 fevral 2024-cü ildə dövriyyəyə buraxılmış və ümumi məbləği 50 milyon ABŞ dolları olan istiqrazların sahiblərinə ödənilib.

Hər biri 1 000 ABŞ dolları nominal dəyəri olan ASCO istiqrazları 5 illik müddətə tədavülə buraxılıb və onların illik gəlirliliyi 6% təşkil edir. Faizlər isə hər altı ayda bir dəfə ödənilir.