BİRJA

13 Dekabr

BOKT "İnternational" ASC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

29 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" ASC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi 13 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2013021020

İstiqrazın növü və forması

İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu / forması

Kütləvi / Rəqabətli

İstiqrazın sayı

250 (ədəd)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazın buraxılış həcmi

250,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən dövri olaraq hər 30 gündən bir

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

13.12.2024

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Fins.az