BİRJA

11 Dekabr

Bu gün Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

11 və 12 dekabr 2024-cü il tarixlərində Bakı Fond Birjasında (BFB)  Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Notun müddəti (gün)

İSİN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

Nominal

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2367024703

11.12.2024

2.000.000

100.000

20

08.01.2025

84

AZ2368024702

12.12.2024

2.000.000

100.000

20

06.03.2025

168

AZ2369024701

11.12.2024

2.000.000

100.000

20

28.05.2025

252

AZ2370024708

12.12.2024

2.000.000

100.000

20

21.08.2025

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcək.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
 

Zemfira Ms
Fins.az