Finss.az - 28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində yekunlaşıb.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "İnternational" ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2028021023 |
İstiqrazların növü və forması |
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi / Rəqabətli |
İstiqrazların sayı |
250 ədəd |
İlkin ticarət qiyməti |
1,000 manat |
İstiqrazların buraxılış həcmi |
250,000 manat |
İllik gəlirlilik faizi |
15% |
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir |
Tədavül müddəti |
2 il |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
250,000 manat |
Reallaşdırılmış həcm |
250,000 manat |
Minimal qiymət |
1000 manat (15.0000%) |
Maksimal qiymət |
1000 manat (15.0000%) |
Ehtimal olunan kəsmə qiymət* |
1000 manat (15.0000%) |
Ortaçəkili qiymət |
1000 manat (15.0000%) |
İnvestorların sayı |
3 |
Sifarişlərin sayı |
3 |
Anderrayter |
“PAŞA Kapital İ.Ş.” QSC |
Zemfira Ms
Finss.az