BİRJA

06 Dekabr

Yerli bazar üçün faizli istiqraz təklifi açıqlanıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) istiqrazlarını yerləşdirməyə hazırlaşır.

Fins.az xəbər verir ki, bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən məlumat yayılıb.

Sənədə əsasən, ABB 100 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqrazlar yerləşdirəcək. Hər bir istiqrazın nominal dəyəri 1 000 manat olacaq və ümumilikdə 100 000 ədəd istiqraz təklif ediləcək. İstiqrazlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 11%-dir, faizlər isə rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və emitent bu müddət ərzində qiymətli kağızları geri almayacaq.