BİRJA

27 Fevral

Bakı və Pakistan birjaları əməkdaşlığı gücləndirir

Finss.az - Bakı Fond Birjası (BFB) və Pakistan Fond Birjası (PSX) arasında ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair memorandum imzalanıb.

Sənədi Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov və Pakistan Fond Birjasının Baş İcraçı Direktoru Fərrux Sabzvari imzalayıblar. Virtual imzalanma mərasimində Bakı Fond Birjasının və Pakistan Fond Birjasının nümayəndə heyətləri iştirak ediblər.

Memorandumun məqsədi Pakistan və Azərbaycanın kapital bazarlarına dair əməkdaşlıq əlaqələrini gücləndirmək, hər iki ölkənin maliyyə xidmətləri sektorlarında qarşılıqlı inkişafı təşviq etməkdir. Bu strateji tərəfdaşlığın hər iki ölkənin maliyyə sektorunda daha sıx əlaqələrə yol açacağı, ümumi iqtisadi artıma və investisiya mühitinə töhfə verəcəyi gözlənilir.

Memorandum Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.