Finss.az - 11 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “AZKREDİT” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
BOKT “AZKREDİT” ASC-nin səhmlərinin abunə yazılışı 20.02.2025-ci il tarixində başlayıb, 24.02.2025-ci il tarixində bitib.
Qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 26.02.2025-ci il tarixində Bakı Fond Birjasında yekunlaşıb.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.17 bəndinin tələblərinə cavab verdiyinə görə, Standart Bazar Listinq seqmentinə alınır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
BOKT "AZKREDİT” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001023360 |
Səhmin növü və forması |
Adi, adlı, sənədsiz səhm |
Ticarət üsulu / forması |
Kütləvi / Abunə yazılışı |
Səhmlərin sayı |
3,000 (ədəd) |
İlkin ticarət qiyməti |
100 manat |
Buraxılış həcmi |
300,000 manat |
Hərrac qiyməti |
100 manat |
Reallaşdırılmış həcm |
300,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
300,000 manat |
İnvestor sayı |
1 |
Sifariş sayı |
1 |
Ticarətə buraxılma tarixi |
26.02.2025 |
Anderrayter |
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC |
Zemfira Ms
Finss.az