Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə Fins.az "ING Group"un iyul ayı üzrə proqnozuna istinadən xəbər verir.
"ING Group"un proqnozuna əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 80 dollar, 2025-ci ildə isə 69 dollar təşkil edəcək.
Bundan başqa, "ING Group" “Brent”in 2026-cı ildə qiymətinin 70 dollar səviyyəsində olacağını proqnozlaşdırır.
Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən, 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.