BİRJA

05 Dekabr

Bakı Fond Birjasında 192% artım olub

Bu ilin yanvar-noyabr aylarında "Bakı Fond Birjası"nda (BFB) bağlanan əqdlərin ümumi dəyəri 63,75 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 191,9% artım deməkdir.

Fins.az xəbər verir ki, əsas artım repo əməliyyatlarında qeydə alınıb. Repo əməliyyatlarının dövriyyəsi illik müqayisədə 4,3 dəfə artaraq 55,83 milyard manat təşkil edib. Ötən il bu göstərici cəmi 21,84 milyard manat idi.