BİRJA

26 Fevral

BOKT "International” ASC-nin səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi baş tutacaq

Finss.az - 25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin səhmlərinin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

BOKT "International” ASC-nin abunə yazılışı 27.02.2025-ci ildə başlayaraq 10 gün davam edəcək və martın 9-u yekunlaşacaq.

Qeyd olunan səhmlərin yerləşdirilməsi üzrə hərrac 11.03.2025-ci il tarixində keçiriləcək.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi

İSİN

AZ1001021026

Səhmin növü

forması

Adi, adlı, sənədsiz səhm

Ticarət üsulu / forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

2,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

2,000,000 manat

Ticarətə buraxılma

tarixi

11.03.2025

Anderrayter

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC

Zemfira Ms
​​​​​​​Finss.az