BİRJA

26 Fevral

BOKT "İnternational" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilib

Finss.az - 25 fevral 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2029021022, AZ2030021029

İstiqrazların növü və forması

İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması

Kütləvi / Rəqabətli

İstiqrazların sayı

500 (ədəd) (hər bir İSİN kod üçün 250 ədəd olmaqla)

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

500,000 manat (hər bir İSİN kod üçün 250,000 manat olmaqla)

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

Zemfira Ms
Finss.az