BİRJA

05 Dekabr

Xarici investorlar Asiya səhmlərini satır

Fins.az - Xarici investorlar, 2024-cü ilin noyabr ayında Asiya səhimlərini ikinci ay ardıcıl olaraq sataraq, regional bazarlardan 15,88 milyard ABŞ dolları çıxarıblar.

Bu, ötən ay qeyd edilən 15,38 milyard dollar təmiz satışla müqayisədə daha böyük bir azalma göstərir və 2022-ci ilin iyun ayından bəri ən yüksək həcmdəki çıxarışdır.

Satış təzyiqinin əsas səbəblərindən biri, Donalt Trampın yeni administrasiyasının gələn il ABŞ-ın regional ticarət siyasətində potensial dəyişikliklər edəcəyinə dair narahatlıqlardır. Xüsusilə, Trampın proteksionist mövqeyi və ixrac tariflərinin artırılması təhdidi, Asiya ölkələrinin ixracat yönümlü iqtisadiyyatları üçün mənfi nəticələrə səbəb ola bilər.

Xarici kapitalın ən çox çıxarıldığı bazarlar:

  • Tayvan: 8,41 milyard dollar
  • Cənubi Koreya: 3,21 milyard dollar
  • Hindistan: 2,56 milyard dollar
  • İndoneziya, Vyetnam və Tayland: 1,06 milyard dollar, 461 milyon dollar və 395 milyon dollar müvafiq olaraq

Tayvan, Cənubi Koreya və Hindistan kimi bazarlarla yanaşı, ümumilikdə Asiya bazarlarından ciddi kapital axını müşahidə olunub. Xüsusilə Tayvan, aprel 2022-dən bəri ən böyük təmiz kapital axınını yaşayıb.