Finss.az - 26 və 27 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Notun müddəti (gün) |
İSİN |
Hərrac tarixi |
Hərraca çıxarılan məbləğ (manat) |
Nominal |
Miqdar |
Notun ödəniş tarixi |
28 |
AZ2405024707 |
26.02.2025 |
2.000.000 |
100.000 |
20 |
26.03.2025 |
84 |
AZ2406024706 |
27.02.2025 |
2.000.000 |
100.000 |
20 |
22.05.2025 |
168 |
AZ2407024705 |
26.02.2025 |
2.000.000 |
100.000 |
20 |
13.08.2025 |
252 |
AZ2408024704 |
27.02.2025 |
2.000.000 |
100.000 |
20 |
06.11.2025 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Zemfira Ms
Finss.az