BİRJA

04 Dekabr

Azərbaycan neftinin qiyməti artıb, təbii qazın qıyməti azalıb, avro, rubl, qızıl və gümüş bahalaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 73,82 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,24% artaraq 1 barelə görə 70,11 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,86 ABŞ dolları və ya 2,5% artaraq 76,05 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,23% azalaraq 3,046 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il dekabrın 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il dekabrın 4-də Avro 1,7868 manatadək bahalaşıb.

LİRƏ

2024-cü il dekabrın 4-də Türkiyə lirəsi 0,0489 manat təşkil edib.

RUBL

2024-cü il dekabrın 4-də Rusiyanın 100 rublu 1,6190 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,09% artaraq 2 670,3 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,1% artaraq 31,53ABŞ dollarına bərabər olub.