BİRJA

03 Dekabr

ABŞ-da ISM istehsal indeksi proqnozlarınn üzərində açıqlandı

Fins.az - ABŞ-da Təchizat İdarəetmə İnstitutunun (ISM) İstehsal Sənayesi Biznes Aktivliyi İndeksi (PMI) noyabr ayında 48.4 bənd ilə proqnozların üzərində açıqlanmasına baxmayaraq, sektorda daralmanın davam etdiyinə işarə etdi.

Təchizat İdarəetmə İnstitutu (ISM) tərəfindən açıqlanan noyabr ayı məlumatlarına görə, ISM istehsal sənayesi PMI məlumatları əvvəlki aya görə 1.9 bənd artaraq noyabr ayında 48.4 bəndə çatdı. Bu dövrdə qeydə alınan artıma baxmayaraq istehsal sektorunda daralmanın davam etdiyinə işarə edən indeks üçün ehtimallar göstəricinin 47.7 bənd səviyyəsinə çatacağı yönündə idi. Noyabrda istehsal indeksi aylıq 0.6 bənd artaraq 46.8 bəndə yüksəldiyi halda, yeni sifarişlər indeksi 3.3 bənd artaraq 50.4 bəndə çatıb. Eyni dövrdə məşğulluq indeksi 3.7 bənd artaraq 48.1 bəndə yüksəlib. Bu dövrdə emal sənayesinin 3 alt sektorunda artım qeydə alınarkən, 11 sektorda daralma müşahidə olunub.

Qida, içki və tütün məmulatları, kompüter və elektronika məhsulları və elektrik avadanlıqları sektorlarında artım qeydə alınıb. Kiçilmənin yaşandığı sektorlar çap, plastik və rezin məmulatları, kimya məhsulları, kağız məmulatları, nəqliyyat avadanlığı, emal olunmuş metal məmulatları, mebel, maşınqayırma, qeyri-metal mineral məmulatlar, müxtəlif emal və ilkin metallar olub.

Digər tərəfdən, "SP Global" da noyabr ayı üçün son istehsal sənayesi PMI məlumatlarını açıqladı. Hesabata görə, istehsal sektoru PMI məlumatları noyabr ayında 49.7 ilə proqnozların üzərində açıqlandı. Ötən ayın ilkin məlumatlarında 48.8 bənd olaraq açıqlanan indeks oktyabr ayında 48.5 bəndə düşüb.

50 və yuxarı PMI məlumat oxunuşları sektorda genişlənməni, 50-dən aşağı dəyərlər isə daralmanı göstərir.