BİRJA

21 Fevral

BOKT "İnternational" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Finss.az - 28 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT "İnternational" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir. 

Qeyd olunan AZ2028021023 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 27.02.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "İnternational" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2028021023

İstiqraqzların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi / Rəqabətli

İstiqrazların sayı

250 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

Buraxılış həcmi

250,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.

Tədavül müddəti

2 il

Ticarətə buraxılma tarixi

27.02.2025

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC