BİRJA

29 Noyabr

Azərbaycan neftinin qiyməti artıb, təbii qazın qıyməti azalıb, avro, rubl bahalaşıb, lirə, qızıl və gümüş ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,08% artaraq 1 barelə görə 72,84 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,39% artaraq 1 barelə görə 69,15 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,05 ABŞ dolları və ya 0,007% artaraq 74,84 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,15% azalaraq 3,3 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 29-da Avro 1,7969 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 29-da Türkiyə lirəsi 0,0490 manata kimi ucuzlaşıb.

RUBL

2024-cü il noyabrın 29-da Rusiyanın 100 rublu 1,5741 manata kimi bahalaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,72% azalaraq 2 684 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 1,98% azalaraq 31,16 ABŞ dollarına bərabər olub.