Finss.az - 19 və 20 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| 
			 Notun müddəti (gün)  | 
			
			 İSİN  | 
			
			 Hərrac tarixi  | 
			
			 Hərraca çıxarılan məbləğ (manat)  | 
			
			 Nominal  | 
			
			 Miqdar  | 
			
			 Notun ödəniş tarixi  | 
		
| 
			 28  | 
			
			 AZ2401024701  | 
			
			 19.02.2025  | 
			
			 2.000.000  | 
			
			 100.000  | 
			
			 20  | 
			
			 19.03.2025  | 
		
| 
			 84  | 
			
			 AZ2402024700  | 
			
			 20.02.2025  | 
			
			 2.000.000  | 
			
			 100.000  | 
			
			 20  | 
			
			 15.05.2025  | 
		
| 
			 168  | 
			
			 AZ2403024709  | 
			
			 19.02.2025  | 
			
			 2.000.000  | 
			
			 100.000  | 
			
			 20  | 
			
			 06.08.2025  | 
		
| 
			 252  | 
			
			 AZ2404024708  | 
			
			 20.02.2025  | 
			
			 2.000.000  | 
			
			 100.000  | 
			
			 20  | 
			
			 30.10.2025  | 
		
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcək.
Zemfira Ms
Finss.az
