Fins.az - Kripto sənayesinə olan etibarın artması ilə, stablecoinlərlə ticarət həcmi noyabr ayında 1,8 trilyon dollara çatıb.
Bu, oktaybr ilə müqayisədə 77,5% artım deməkdir. Cointelegraph-ın məlumatına görə, artan ticarət həcmi, mərkəzləşdirilmiş birjalarda aylıq ticarət həcmlərinin illik maksimuma yaxınlaşmasını gözləməyə əsas verir.
Bu ilin əvvəlindən etibarən stablecoinlərin bazar kapitalizasiyası 46% artaraq 190 milyard dolları keçib, əvvəlki rekord olan 188 milyard dolları geridə qoyaraq yeni bir tarixə imza atıb.
Kripto bazarındakı bu inkişaf, xüsusilə institusional investorların sektora olan etibarının artması ilə bağlıdır. Eyni zamanda, 2025-ci ildən etibarən xarici qiymətli kağızlar yalnız ixtisaslaşmış investorlar üçün əlçatan olacaq və yalnız onlar törəmə maliyyə alətlərini alaraq real təhvil-təslim əməliyyatları həyata keçirə biləcəklər.
Bu artımlar, kripto sektorunun daha da inkişaf edəcəyini və investisiya imkanlarının genişlənəcəyini göstərir.