BİRJA

18 Fevral

Azərbaycan neftinin qiyməti cüzi artıb

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.

Finss.az xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,19 ABŞ dolları və ya 0,25% artaraq 76,80 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, əvvəlki ticarət sessiyasında Azərbaycan neftinin qiyməti 76,61 ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Finss.az