BİRJA

28 Noyabr

"Brent" neftinin, təbii qazın qıyməti azalıb, avro bahalaşıb,rubl, qızıl və gümüş rubl ucuzlaşıb ...

NEFT

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,26% azalaraq 1 barelə görə 72,12 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin yanvar ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti 0,25% azalaraq 1 barelə görə 68,53 ABŞ dolları olub.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,43 ABŞ dolları və ya 0,57% azalaraq 74,79 ABŞ dollarına bərabər olub.

TƏBİİ QAZ

Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,59% azalaraq 3,178 ABŞ dolları təşkil edib.

ABŞ DOLLARI

2024-cü il noyabrın 28-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib.

AVRO

2024-cü il noyabrın 28-də Avro 1,7943 manata kimi bahalaşıb.

LİRƏ

2024-cü il noyabrın 28-də Türkiyə lirəsi 0,0491 manat təşkil edib.

RUBL

2024-cü il noyabrın 28-də 100 Rusiyanın 100 rublu 1,5024 manata kimi ucuzlaşıb.

QIZIL

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,36% azalaraq 2 655,2 ABŞ dollarına bərabər olub.

GÜMÜŞ

Nyu-Yorkun COMEX əmtəə birjasında gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti 0,76% azalaraq 30,33 ABŞ dollarına bərabər olub.