BİRJA

14 Fevral

MDM-də aktiv depo hesablarının sayı 105 mini keçib

MDM-in yeni API arxitekturası müştərilərə depo hesablarının məsafədən açılması imkanını yaradıb.

Finss.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev Azərbaycan Maliyyə Forumu çərçivəsində çıxışı zamanı depo hesablarının sayında əhəmiyyətli artımın qeydə alındığını bildirib.

Onun sözlərinə görə, depo hesablarının açılması üçün yeni arxitektura formalaşdırılıb.

"API vasitəsilə müştərilərə depo hesabların məsafədən açılması təmin edilib. Bu funksionallıq geniş investor kütləsinə mobil tətbiq vasitəsilə MDM-in depozitar sistemində hesab açmaq imkanı yaradıb. Bu yenilik sayəsində depo hesablarının sayında ciddi artım müşahidə olunub.

  • 1997-2023-cü illər ərzində MDM-də 121 610 depo hesab mövcud idisə,
  • 2024-cü ilin sonunda bu rəqəm 160 545-ə çatıb.
  • Aktiv depo hesablarının sayı isə 2023-cü ilin sonuna 75 024 olduğu halda, 2024-cü ilin sonunda 105 552 olub".

Fuad Mədətov
Finss.az