BİRJA

13 Fevral

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,69% artaraq 2 949 ABŞ dollarına bərabər olub.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,41% artaraq 32,92 ABŞ dollarına bərabər olub.

Fuad Mədətov
Finss.az