Bitcoin, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bazarda ən uzun müddətli itki zolağını yaşayıb.
Fins.az xəbər verir ki, rəqəmsal valyuta üç gün ərzində 6%-ə yaxın dəyər itirərək 94,245 dollara qədər geriləyib.
Trampın kriptovalyutaya münasibətdə əvvəlki simpatiyasına baxmayaraq, onun yeni iqtisadi planları, o cümlədən Çindən idxal edilən mallara əlavə tariflər tətbiq etməsi, qlobal bazarlarda qeyri-müəyyənliyə səbəb olub.
Kriptovalyutaların zəifləməsi ilə yanaşı, ABŞ fond fyuçersləri də düşüş göstərib, dollar isə təhlükəsiz liman kimi dəyər qazanıb. Kriptovalyuta birjası Independent Reserve-in baş direktoru Adrian Przelezny bildirib ki, bəzi investorlar mənfəət götürmək üçün mövcud vəziyyətdən istifadə edir. O, uzunmüddətli perspektivdə bazarın yüksəliş trendinə sadiq qalacağını və bu tendensiyanın 2025-ci ilə qədər davam edəcəyini proqnozlaşdırır.
Zemfira Ms
Fins.az