BİRJA

11 Fevral

AMB: Valyuta hərracında tələb təmin edilib - 11.02.2025

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Finss.az-a verilən məlumata görə, hərracda tələb 54,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, fevralın 6-na hərracda tələb 56,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Fuad Mədətov
Finss.az