BİRJA

11 Fevral

Dünya birjalarında neftin qiyməti yenidən artıb

Dünya birjalarında neftin qiyməti yüksəlib.

Fins.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bareli 0,28 dollar bahalaşaraq 76,15 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir bareli 0,23 dollar artımla 72,55 dollar təşkil edib.

Bundan əlavə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,45 dollar və ya 1,9% yüksələrək 77,87 dollar səviyyəsinə çatıb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar), ən yüksək qiyməti isə iyul 2008-ci ildə (149,66 dollar) qeydə alınıb.

Fuad Mədətov
Fins.az