BİRJA

05 Fevral

"FERRUM KAPİTAL" QSC-nin istiqrazların yerləşdirilməsi haqqında məlumat

Finss.az - 31 yanvar – 4 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 dövlət qeydiyyat nömrəli 1,000,000 manat həcmində 2 il tədavül müddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı investorlar tərəfindən sifariş olmadığından hərrac baş tutmayıb.

Bu səbəbdən, "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 İSİN kodlu istiqrazları delist edilib.

Zemfira Ms
Finss.az